SON DƏQİQƏ: Ermənistanda səfərbərlik elan olundu
- 24-12-2020, 14:00
- Dünya

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, hökumət bugünkü iclasında ehtiyatda olan zabit korpusundan 35 yaşadək kişi həkimlərin 25 dekabr 2020-ci il - 20 yanvar 2021-ci il arasında səfərbərliyə cəlb olunması barədə qərar qəbul edib.
Onların xidmət müddəti 2 il nəzərdə tutulub.
Eyni qərara uyğun olaraq, ehtiyatda olan fərari zabitlər cinayət məsuliyyətinə cəlb ediləcək. Səfərbərlik başa çatdıqdan sonra onların materialları cinayət işi qaldırmaq üçün Ermənistan İstintaq Komitəsinin müvafiq şöbəsinə göndəriləcək.