ABŞ-da atışma nəticəsində üç nəfər ölüb, yaralananlar var
- 27-12-2020, 10:20
- Dünya

TASS-ın məlumatına görə, hadisə Rokford şəhərində baş verib.
Atışma nəticəsində üç nəfər həlak olub, daha üç nəfər isə yaralanıb. Yaralıların xəstəxanaya yerləşdirildiyi bildirilir.
Hələlik hadisə ilə əlaqədar bir nəfər saxlanıldığı məlumatı yayılıb. Hadisənin baş vermə səbəbi və təfərrüatı haqqında informasiya verilmir.Oxu.az