Koronavirusa yoluxmamağın üç səbəbi
- 5-02-2021, 08:20
- Dünya

İnfeksionist bununla bağlı “RİA Novosti”yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, əvvəl koronavirusun başqa bir növünü keçirənlər, təzəlikcə virus infeksiyası keçirənlər və yerli immunitetə sahib olanlar COVID-19-a yoluxmaya bilərlər.
Mütəxəssis qeyd edib ki, anticism bədənin patogenlə artıq tanış olduğunu göstərən markerdir. Üstəlik, bəzi insanlar xəstəliklərə, məsələn, HİV-ə qarşı immunitetlidirlər.
Voznesenski deyib ki, koronavirusla bağlı bu kimi hadisələrə daha çox rast gəlinir, ancaq bunun səbəbləri barədə birmənalı nəticə çıxarmaq hələ mümkün olmayıb, bu məsələ elmi müzakirədədir.Oxu.az