azadses.az » Dünya » ÜST komandasından ŞOK AÇIQLAMA: Çin bunu gizlədir

ÜST komandasından ŞOK AÇIQLAMA: Çin bunu gizlədir

COVID-19-un mənşəyini araşdırmaq üçün Uhanda olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri Çinin epidemiyanın necə və nə vaxt yayılmağa başladığını müəyyənləşdirməyə kömək edə biləcək ilk hadisələr haqqında əsas məlumatları vermədiyini iddia ediblər.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, "Wall Street Journal" qəzetinin hesabatına görə, ÜST nümayəndə heyətinin avstraliya və danimarkalı üzvləri Çin rəsmilərinin 2019-cu ilin dekabrında, epidemiyanın erkən mərhələsində aşkar edilmiş 174 koronavirus faktı barədə məlumatları bölüşmək istəklərini rədd etdiklərini söyləyib.

Heyətin avstraliyalı üzvü, mikrobioloq Dominik Duayer epidemiyanın Çində necə və nə vaxt yayılmağa başladığını təhlil etməyə imkan verəcək məlumatların paylaşılmadığını vurğulayaraq "Bizə bir neçə nümunə göstərdilər, amma bu hamısını deməklə eyni deyil. Bu məlumatların təfsiri bizim nəzərimizdə daha da məhdudlaşır", deyə qeyd edib.

Duayer Çinin məlumatları paylaşmamasının ÜST nümayəndə heyəti ilə çinli həmkarları arasında sərt müzakirələrə səbəb olduğunu vurğulayıb.

ÜST heyətinin danimarkalı epidemioloqu isə bunları deyib: "Mən aliməm və məlumatlara etibar edirəm. Verilənlərə əsaslanan sənədli sübutlara inanıram, sadəcə birinin mənə söylədiklərinə yox". O, Uhanda onlara verilən məlumatlarda uyğunsuzluq görmədiyini, ancaq bəzi məlumatları görmədən daha dərin analiz apara bilmədiyini əlavə edib.

Çinin məlumatları təqdim etmək istəməməsi bir çox ölkə və elm adamları tərəfindən ölkənin epidemiyanın mənşəyini araşdırmağa yanaşmasında şəffaflığın olmaması kimi yozulur.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib