Britaniya XİN: “Ölkədə təhlükə səviyyəsi artmağa davam edir”
TASS bu barədə ölkənin Xarici İşlər naziri Dominik Raaba istinadən xəbər yayır.
“Təhlükə səviyyəsi qeyri-sabitdir və artmağa davam edir. Təhlükəsizliyimizin lazımi səviyyədə olduğundan əmin olmalıyıq”, - deyə o qeyd edib.
İranı, Şimali Koreyanı və Rusiyanı nümunə gətirən Raab bildirib ki, Britaniya “silahı olan və ya saxlamağa çalışan bir çox başqa dövlət olduğu halda, minimum məhdudlaşdırma səviyyəsindən aşağı düşməyəcək”.
Bundan əvvəl BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik Britaniya səlahiyyətlilərinin ölkənin nüvə arsenalını genişləndirmək qərarının beynəlxalq sabitliyin pozulmasına səbəb ola biləcəyini demişdi.