Bayden ilk mətbuat konfransını keçirəcək
“RİA Novosti” xəbər verir ki, Baydenin KİV nümayəndələrilə görüşü onun prezidentliyinin 65-ci gününə təsadüf edəcək ki, bu da ABŞ dövlət başçılarının mətbuat konfransları üçün indiyədək qeydə alınan ən gec tarixdir.
Tədbirin başlama saatı hələ ki, açıqlanmır. Lakin konfransın yerli vaxtla günün ikinci yarısında baş tutacağı güman edilir.