İran öz COVID vaksininin kütləvi istehsalına başlayıb
Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, vaksinin sınaqları hələ üçüncü mərhələdə olsa da, onun könüllülərə vurulmasına başlanılıb.
Koronavirus üzrə İran Elmi Şurasının rəhbəri Məhəmməd Moxbirin sözlərinə görə, sentyabradək 30 milyon dozadan çox “COVIRAN” peyvəndinin istehsalı planlaşdırılır.
Qeyd olunur ki, İranda yerli peyvəndin ilk sınağı hələ ötən ilin dekabrın 29-da baş tutub.