Azyaşlı 51 qutu dondurma sifariş etdi: Valideynləri sosial şəbəkələrdə kömək istədilər
ABŞ-ın Nyu-York ştatında dörd yaşlı uşaq 51 qutu meyvəli dondurma sifarişi verib.
Rg.ru xəbər verir ki, onlayn sifariş zamanı o ünvan kimi xalasının evini qeyd edib.
“Amazon” şirkəti sifarişin ləğvini qəbul etməyib və uşağın ailəsi dondurmalar üçün 2 618 dollar ödəməli olublar.
Tələbə ana bu vəsaiti ödəyə bilməyəcəyi üçün oğlanın valideynləri sosial şəbəkələrdə məlumatı paylaşaraq insanlardan məbləğin yığılması üçün kömək istəyiblər.
Tüzliklə 11 min dollar yığılıb. Oğlanın ailəsi bildirib ki, qalan pulu uşağın təhsilinə xərcləyəcəklər. Məlum olub ki, azyaşlı sifarişçi autizmdən əziyyət çəkir.