“Boko Haram”ın lideri öldürülüb

Bu barədə “Daily Nigerian” yerli kəşfiyyat orqanlarına istinadən məlumat yayıb.
Məlumata əsasən, terrorçunun mayın 19-da Nigeriyanın şimal-şərqində İŞİD qüvvələrilə gedən döyüşlər zamanı həlak olduğu bildirilib.
Kəşfiyyat xidmətindən yayılan xəbərlərə görə, Şekaunun ölümünün canlı şahidləri də mövcuddur.
Terrorçu liderin öz iqamətgahında İŞİD-çilər tərəfindən mühasirəyə alındığı və təslim olmaqdan imtina etdiyi qeyd olunub.
Xatırladaq ki, bunadək Nigeriya xüsusi xidmətləri artıq dörd dəfə Şekaunun öldürüldüyünü bəyan edib.