ABŞ-da koronavirusun müalicəsində yeni dərman təcili istifadəyə verilir
- 28-05-2021, 10:59
- Dünya

“İnterfax” xəbər verir ki, “Sotrovimab” xəstəliyin yüksək şiddətə keçmə riski olan böyüklər, 12 yaş və ondan böyük xəstələrdə yüngül və orta dərəcədə COVID-19-un müalicəsi üçün təsdiq edilib.
Bu dərman COVID-19 xəstəxanasına yatan və ya oksigen terapiyası tələb edən xəstələr üçün nəzərdə tutulmayıb.
Şirkətlər müalicənin uyğun ABŞ xəstələri üçün önümüzdəki həftələrdə təqdim ediləcəyini deyiblər.
Həmçinin bildiriblər ki, 2021-in ikinci yarısında dərmanların tam təsdiqlənməsi üçün müraciət etməyi planlaşdırırlar.