Çində bazarda partlayış: 11 ölü, 144 yaralı
- 13-06-2021, 18:26
- Dünya

Bu barədə ölkənin Mərkəzi Televiziyası məlumat yayıb.
Qeyd edilir ki, hadisə Çjanvan rayonunda, ərzaq bazarının olduğu yaşayış kompleksində qeydə alınıb. Hadisəyə qaz sızması səbəb olub. Partlayış dalğası 40-a yaxın ticarət köşkünü dağıdıb.
Bazar partlayış zamanı artıq fəaliyyətdə imiş, xeyli adam səhər yeməyi yeyirmiş.
Telekanalın məlumatına görə, xilasedicilər dağıntılar altından 144 yaralını çıxarıblar, onların hamısı xəstəxanalara yerləşdirilib. Yaralılardan 37-si ağır vəziyyətdədir.
Hadisə zamanı 11 nəfər həlak olub.