Britaniyalı deputat: “Heykəllərə göstərilən hörmət Məhəmməd peyğəmbərə göstərilmir”

“Anadolu” agentliyinin məlumatına göeə, Pakistan əsilli siyasətçi sözügedən qanun layihəsində heykəllərə zərər verilməsinə görə 10 ilədək həbs cəzasının nəzərdə tutulduğunu qeyd edərək, Məhəmməd peyğəmbərin karikaturalarını hazırlayanlara da analoji cəzanın tətbiqini istəyib.
“Bu sadəcə karikaturadır deyənlərə, bunlar da sadəcə heykəllərdir deməyəcəyəm. Çünki bu sadəcə karikatura və ya heykəl deyil. Heykəllər bir xalqın tarixini, mədəniyyətini əks etdirdiyi kimi, peyğəmbərimiz də bizim üçün bir çox dəyərləri təmsil və ifadə edir”, -deyə o, bildirib.