azadses.az » Dünya » “BioNTech” yüz günə yeni peyvənd yaratmağa hazır olduğunu açıqlayıb

“BioNTech” yüz günə yeni peyvənd yaratmağa hazır olduğunu açıqlayıb

Almaniyanın “BioNTech” şirkətinin rəhbərliyi yeni koronavirus ştamlarına qarşı yüz gün ərzində peyvənd hazırlamağa hazır olduğunu açıqlayıb.

Bu barədə “BioNTech”in baş direktoru Uğur Şahin və Tibbi Araşdırmalar direktoru Özlem Türeci Fransfnın ECO qəzetinə verdiyi müsahibədə bildirib.

U.Şahinin sözlərinə görə, şirkətdə effektivliyini artıq sübut etmiş və ehtiyac yaranarsa, 100 gün ərzində yeni peyvənd yaratmağa imkan verən bütün texnologiyalar mövcuddur.

Bununla belə, o, preparatın istifadəyə verilməzdən əvvəl tənzimləyici orqanlar və müvafiq dövlət qurumları tərəfindən sınaqdan keçirilməli olduğunu bildirib.

Mövcud “BioNTech” peyvəndinin yeni koronavirus ştamlarına qarşı təsirli olub olmadığı soruşulduqda isə mütəxəssislər onun matrisa-RNT texnologiyasından istifadə edərək yeni şərtlərə uyğunlaşdırılmalı olduqlarını qeyd ediblər. Türecinin sözlərinə görə, onkoloji tədqiqatlar zamanı bu texnologiya artıq dəfələrlə sınaqdan keçirilib.

“Bunun üçün orijinal virusun sünbül zülalının genetik kodunu peyvənddəki yeni koronavirus ştammının kodu ilə əvəz etmək lazımdır”, - deyə Türeci izah edib.

O, bu metodun hazırda “delta” ştammı ilə işləmək üçün istifadə edildiyini vurğulayıb:

“Peyvənd testi üçün matrisa-RNT-nin ilk partiyası artıq hazırdır. Klinik sınaqların avqust ayında başlaması planlaşdırılır”.

U.Şahin isə şirkətin əvvəllər yaratdığı peyvəndin yeni koronavirus ştamlarından qoruya biləcəyini təyin etmək üçün vaksinasiyadan keçən insanların qan zərdabını araşdırıldığını bildirib. Onun sözlərinə görə, artıq 30 ştamda testlər aparılıb və peyvənd onların əksəriyyətinin öhdəsindən gələ bilib.

Bununla birlikdə, alim bir sıra ştamlarda anticisimlərin aktivliyinin bəzən 2-3 dəfə aşağı olduğunu qeyd edib.

Qeyd edək ki, iyulun 9-da “Pfizer” və “BioNTech” ABŞ və Avropa tənzimləyicilərindən üçüncü – “gücləndirici” peyvənd dozası üçün təsdiq almaq niyyətində olduqlarını açıqlayıblar. Alimlər, yüksək səviyyədə qorunma təmin etmək üçün tam vaksinasiyadan sonra 6-12 ay ərzində üçüncü bir dozaya ehtiyac ola biləcəyi qənaətinə gəldiklərini bildiriblər.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Ağstafada kişi dəm qazından boğularaq ölüb
  2. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  3. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  4. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  5. Nizami rayonunda motosiklet piyadanı vurub
  6. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  8. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  9. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  10. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?