Bayden–Zelenski görüşünün tarixi açıqlandı

Bu barədə Ağ Ev administrasiyasının mətbuat katibi Cen Psaki tərəfindən yayılan bəyanatda bildirilib.
Qeyd olunub ki, Bayden Zelenskini avqustun 30-da Ağ Evdə qəbul edəcək.
Həmçinin, bəyanatda qeyd olunub ki, görüş Rusiyanın təcavüzü qarşısında ABŞ-ın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə tam dəstəyini bir daha təsdiq edəcək.