İsveç COVID-19-la mübarizədə yaxşı nəticələr göstərir

TASS agentliyi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına istinadən xəbər verir ki, 14 iyuldan bəri İsveç Krallığında koronavirus infeksiyası səbəbiylə ölüm halı baş verməyib.
Məlumatda həmçinin qeyd olunur ki, İsveç əhalisinin 50 faizi koronavirusa qarşı hər iki doza vaksini qəbul edərək peyvənd kursunu tam olaraq tamamlayıb.
Xatırladaq ki, Danimarka, Finlandiya, İslandiya və Norveç vətəndaşları istisna olmaqla Avropa İttifaqı dövlətlərinin vətəndaşları yalnız vaksinasiyadan keçməklə İsveçə səfər edə bilər.