Rusiyada Su-35 qırıcısı qəzaya uğrayıb

Bu barədə “112” “Telegram” kanalı məlumat yayıb.
Bildirilir ki, təyyarə Xabarovsk diyarında Dzemqi aeroportundan havaya qalxıb. Uçuşun başlamasından 4 dəqiqə sonra pilot katapult edib, təyyarə isə Saxalinə doğru hərəkət etməyə davam edib. Daha sonra Su-35 Oxot dənizi akvatoriyasında qəzaya uğrayıb.
Hadisə nəticəsində dağıntılar qeydə alınmayıb, xəsarət alan yoxdur.