Fransada silahlı şəxs hüquq mühafizə orqanlarının işçilərinə atəş açıb

Bu barədə “France Bleu” radiostansiyası məlumat yayıb.
Hüquq -mühafizə orqanlarından heç kimin xəsarət almadığı qeyd olunur.
Qeyd olunur ki, polis iki nəfərin cinayət əməli törətmək niyyətində olduğu barədə məlumat əldə edib.
Hadisə yerinə gələn polis əməkdaşları həmin şəxslərin avtomaşında oturduğunu görüb. Onlardan biri saxlanılıb, ikincisi isə qaçmağa çalışıb.
Şahidlərin sözlərinə görə, silahlı kişi evlərdən birinin arxasında yerləş kolların arxasında gizlənib və hüquq -mühafizə orqanlarının əməkdaşları onun ardınca gedəndə onlara atəş açmağa başlayıb.
Cavab atəşində isə qarnından və ayağından yaralanıb. Silahlı şəxs saxlanılaraq ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.