Yunanıstan Əfqanıstandan gələn qaçqınların qarşısını almaq üçün 40 kilometr uzunluğunda divar inşa etdirib

TASS agentliyi xəbər verir ki, bu barədə Yunanıstan vətəndaşlarının müdafiəsi işləri üzrə naziri Mixalis Xrisoxoidis məlumat yayıb.
O qeyd edib ki, ucaldılan dəmir konstruksiya ölkəsini Əfqanıstandan gələn miqrantlardan qoruyacaq.
M. Xrisoxoidis əlavə edib ki, Əfqanıstan böhranı dünyadakı geosiyasi vəziyyəti dəyişir və miqrasiya axınına səbəb olur.