azadses.az » Dünya » Qarabağda görülən yenidənqurma işləri Meksika radiosunda

Qarabağda görülən yenidənqurma işləri Meksika radiosunda

Meksikanın milyonluq dinləyici kütləsi olan “Radio 620” kanalının “Xəbərlər” proqramında 27 sentyabr – Anım Günü, müstəqilliyimizin bərpa edilməsinin 30 illik yubileyi və 8 noyabr - Zəfər Günü, eləcə də Azərbaycan tərəfindən Qarabağda aparılan yenidənqurma işləri barədə bu ölkədəki səfirimiz Məhəmməd Talıbovun müsahibəsi efirə gedib.

Azərbaycanın Meksikadakı Səfirliyindən verilən məlumata görə, Azərbaycanın Anım Gününün Meksika müstəqilliyinin 200 illiyi ilə üst-üstə düşdüyünü qeyd edən M.Talıbov ötən ilin 27 sentyabr tarixində Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusunun növbəti təxribatının qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün cavab tədbirlərinə başladığı və 44 gün davam edən Vətən müharibəsinin yekununda 30 illik erməni təcavüzünə son qoyduğunu, bu səbəbdən 27 sentyabr tarixinin ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş soydaşlarımızın Anım Günü kimi, 8 noyabr tarixininsə Zəfər Günü kimi qeyd edildiyini bildirib.

18 oktyabr tarixində isə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyinin tamam olduğunu deyən səfir, əlamətdar günlərin tarixi-siyasi və mənəvi önəmindən danışıb, bu tarixlərin ölkəmizdə xüsusi diqqətlə qeyd edildiyini söyləyib.

Sonra təmsilçimiz Ermənistan tərəfindən 30 ilə yaxın hərbi işğalda saxlanılan Azərbaycan ərazilərində kütləvi minalanma aparıldığı, bu torpaqlarda yaşayış infrastrukturu, eləcə də xalqımıza aid tarixi-mədəni irsin məhv edildiyini diqqətə çatdırıb. Hazırda isə işğaldan azad olunmuş ərazilərdə ölkəmiz tərəfindən aparılan yenidənqurma və bərpa işləri haqda danışan diplomat, bu xüsusda Azərbaycan hökumətinin başlıca məqsədinin 30 il öncə bu ərazilərdən qovulmuş məcburi köçkünlərimizin ləyaqətli və təhlükəsiz şəkildə evlərinə qayıtmasını təmin etmək olduğunu, bu məqsədlə bölgədə intensiv minatəmizləmə və quruculuq işləri həyata keçirdiyini bildirib.

Bölgədə davamlı sülhün şərtləri ilə bağlı suala münasibətdə təmsilçimiz Ermənistanın ilk növbədə öz ərazi iddialarını kənara qoymalı və Azərbaycanın ərazi bütövlüyünü tanımalı olduğunu, habelə iki ölkə arasında sərhədlərin demarkasiya və delimitasiyası, eləcə də sülh sazişinin işlənib hazırlanması üzərində çalışmalı olduğunu vurğulayıb.

Sonda COVID-19 pandemiyasının ölkəmizə təsiri ilə əlaqədar suala münasibətdə isə səfir Azərbaycanın ÜST tərəfindən pandemiyanı ən optimal şəkildə idarə etmiş ölkələrdən biri kimi qiymətləndirildiyini, bu xüsusda BMT Baş Assambleyasının pandemiya ilə mübarizə mövzusuna həsr olunmuş xüsusi sessiyasını çağırdığını, habelə bütün dünya ölkələrinin peyvəndlərə bərabər çıxışının təmin olunmasına dəstək üçün qabaqcıl qlobal təşəbbüslərə qoşulduğunu, eyni zamanda ölkə əhalisinin artıq 70 %-nin peyvəndlənməsinə nail olduğunu qeyd edib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Rusiyada minik avtomobillərinin qəza reytinqi - İlk sırada tanınmış model
  2. Günəş "oyanır": Bu il rekord sayda maqnit fırtınası ola bilər
  3. Sumqayıtda baş verən avtomobil qəzasında xəsarət alan qadınların vəziyyəti açıqlanıb - YENİLƏNİB
  4. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  5. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  6. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  7. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  8. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  9. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  10. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Möminə xatun türbəsi bərpa olunacaq
Möminə xatun türbəsi bərpa olunacaq
Naxçıvanda Möminə xatun türbəsi bərpa olunacaq. “Report” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Naxçıvan şəhərində Ətraflı
Azərbaycan İlahiyyat İnstitutu və Doqquz Eylül Universiteti əməkdaşlıq edəcək
Azərbaycan İlahiyyat İnstitutu və Doqquz Eylül Universiteti əməkdaşlıq edəcək
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu ilə Türkiyənin Doqquz Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib