Castin Biber marixuana biznesi ilə məşğul olacaq

27 yaşlı müğənni yeni ticarət markasına son albomunda yer alan “Peaches” musiqisinin adını verəcək.
Bu məqsədlə müğənni ABŞ-ın marixuana istehsal edən “Palms” şirkəti ilə əməkdaşlıq edəcək.
Artıq müğənni bu xəbəri şərh də edib.
“Mən “Palms”ın fanatıyam. Onlar marixuananı əlçatan etməklə marixuana damğasını dağıdırlar. Bir çox insan öz psixi sağlamlığının yaxşılaşması üçün marixuanadan istifadə edir”, - deyə Castin Biber vurğulayıb.
Mənbə: “Bloomberg”