“Ferrari”nin vitse-prezidenti Şumaxerin son vəziyyətindən danışdı
![](/uploads/posts/2021-10/medium/1633581720_fotojet-14.jpg)
Romada keçirilən mükafatlandırılma mərasimində çıxış edən P.L. Ferrari Şumaxer barədə keçmiş zamanla danışılmasından böyük təəssüf hissi keçirdiyini vurğulayıb.
"O, bizimlədir, ölməyib. Ancaq hələ bizimlə təmas qura bilmir”, - deyə italiyalı biznessmen vurğulayıb.
Qeyd edək ki, Mixail Şumaxer 2013-cü ilin dekabrın 29-da Fransada xizək sürərkən yıxılaraq ağır zədə alıb və səkkiz ildir ki, koma vəziyyətindədir.
Mənbə: “Haber Global”