Amerika Ukrayna məsələsi ilə bağlı təcili iclas istəyir
- 28-01-2022, 13:37
- Dünya

“Azadsəs.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın təşkilatdakı daimi nümayəndəsi Linda Tomas-Qrinfild açıqlayıb.
Onun sözlərinə görə, Amerika tərəfi Rusiyanın Ukraynaya qarşı təhdidedici davranışını, eləcə də Ukrayna və Belarus sərhədində rus qoşunlarının toplanmasını müzakirə etmək niyyətindədir.