ABŞ kəşfiyyatı: “Rusiya fevralın 16-da Ukraynaya hücuma başlaya bilər”
- 12-02-2022, 12:19
- Dünya
ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın Ukraynaya təcavüzünün istənilən vaxt, o cümlədən fevralın 20-də Pekində keçiriləcək Olimpiada başa çatana qədər başlaya biləcəyini bildirib.
Oxşar bəyanatla ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan çıxış edib. O bildirib ki, ABŞ kəşfiyyatına görə, Rusiya işğala hava hücumu ilə başlaya, münaqişə zamanı isə hətta Kiyevə hücum edə bilər.
ABŞ milli kəşfiyyatı və ABŞ ordusu NATO ölkələrini Rusiyanın gələn çərşənbə, fevralın 16-da işğala başlaya biləcəyindən qorxduqları barədə məlumatlandırıb.