ÜST: Son həftədə dünyada koronavirusa yoluxma 19 faiz azalıb

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının bəyanatında qeyd olunub.
7-13 fevral tarixlərində COVID-19-a yoluxma hallarının sayı yalnız Sakit Okeanın Qərbində artıb. Digər regionlarda yoluxmada azalma müşahidə olunub.
Bu müddət ərzində xəstəlikdən ölüm göstəricisi isə dəyişməyib.