Axtarışda olan azərbaycanlı Ukraynada tapıldı
- 24-02-2022, 14:18
- Dünya
Beynəlxalq axtarışda olan şəxs Ukraynadan Azərbaycana ekstradisiya olunub.
Baş Prokurorluqdan "Azadsəs.az"a bildirilib ki, Azərbaycan vətəndaşı Adil Orucovun ekstradisiyası haqqında qərar qəbul edilib.
Ağstafa rayon prokurorluğunda istintaq olunan cinayət işi üzrə Adil Orucov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilib. Cinayət təqibi orqanından gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.
A.Orucov Ukrayna ərazisində müəyyən edilərək 2022-ci ilin yanvarında həbs edilib, fevralın 24-də Azərbaycana gətirilib.