“Buna hazır deyilsinizsə, bizə təhlükəsizlik zəmanəti verin” - Zelenski

“Azadsəs.az” xəbər verir ki, Zelenski bunu “Reuters” və CNN-ə müsahibəsində deyib.
Prezident beynəlxalq ictimaiyyəti Ukraynaya dəstək üçün daha çox iş görməyə, o cümlədən, Ukrayna ərazisi üzərində uçuşa qadağan zonanın tətbiqinə çağırıb:
"Biz NATO ölkələrini müharibəyə çəkməkdən danışmırıq. Həqiqət budur ki, hamı uzun müddətdir müharibəyə cəlb olunub və açıq-aydın Ukrayna deyil, həm də Rusiyada - genişmiqyaslı müharibə gedir", - Zelenski bildirib.
Ukrayna lideri qeyd edib ki, ABŞ Prezidenti Co Bayden ona belə bir tədbirin tətbiqinin vaxtı olmadığını deyib:
“Rusiya Ukraynanın NATO-da olmasını istəmədiyinə görə onlar Ukrayna üçün ümumi təhlükəsizlik təminatları hazırlamalıdırlar”.