G7 Rusiya iqtisadiyyatını zəiflətmək üçün yeni sanksiyalara hazırlaşır

“Azadsəs.az” xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Liz Trass bildirib.
“Biz artıq G7 ilə yeni sanksiyalar paketi üzərində işləyirik”- nazir deyib. XİN rəhbəri bildirib ki, Moskvaya qarşı məhdudiyyətlər Rusiya iqtisadiyyatını zəiflətmək məqsədi daşıyır.
Eyni zamanda o, digər ölkələri Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərə qoşulmağa çağırıb.
Xatırladaq ki, G7-yə Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya daxildir.