Kiyev metrosunda ukraynalı uşaqlar üçün xeyriyyə konserti keçirilib
- 23-04-2022, 13:20
- Dünya

“Vse bude dobre” (“Hər şey yaxşı olacaq”) adlanan konsertdə məqsəd müharibədən zərər çəkmiş uşaqlar üçün vəsait toplamaqdır.
“Əsas məqsəd xeyriyyəçilikdir. Biz bu dəhşətli müharibədən əziyyət çəkən ukraynalı uşaqların ehtiyacları üçün vəsait toplamaq istəyirik”, - deyə qrupun solisti Svyatoslav Vakarçuk bildirib.
Konsert zamanı “Vse bude dobre”, “Ne tvoya voyna”, “Ya ne sdamsya bez boya” kimi ən məşhur bəstələr ifa edilib.
Xatırladaq ki, bir müddət əvvəl Svyatoslav Vakarçuk Oxu.Az vasitəsilə bütün Azərbaycan xalqına müraciət etmişdi.
