Keçmiş ABŞ əsgəri rus pilotla dəyişdirildi

“Azadsəs.az” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, Rusiyada saxlanılan keçmiş ABŞ Dəniz Piyadası Trevor Rid ABŞ-da həbsdə olan rus pilot Konstantin Yaroşenko ilə dəyişdirilib.
“Uzun sürən danışıqlar prosesi nəticəsində bu gün Rusiyada mühakimə olunan ABŞ vətəndaşı Trevor Rid 2010-cu ildə ABŞ məhkəməsi tərəfindən 20 il həbs cəzasına məhkum edilmiş Rusiya vətəndaşı Konstantin Yaroşenko ilə dəyişdirildi”, - məlumatda deyilir.
Qeyd edək ki, rusiyalı pilot Yaroşenko 2010-cu il mayın 28-də ABŞ Narkotiklərlə Mübarizə Agentliyinin əməkdaşları tərəfindən Liberiyada saxlanılaraq, ABŞ-a gətirilib. Amerikalı Trevor Rid isə 2020-ci ilin iyulunda baş verən mübahisədə rus polislərinin "həyatını və sağlamlığını" təhlükəyə atdığına görə 9 il həbs cəzasına məhkum edilib.