Ukrayna və Moldova xarici işlər nazirləri G7-nin iclasında iştirak edəcəklər
Ukrayna və Moldovanın xarici işlər nazirləri Dmitri Kuleba və Nikolay Popesku mayın 12-14-də Almaniyada keçiriləcək G7 xarici işlər nazirlərinin iclasında iştirak edəcəklər. Bu barədə Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Andrea Zasse bildirib.
Onun sözlərinə görə, Almaniya XİN rəhbəri Annalena Berbok xarici işlər nazirlərinin görüşünün keçiriləcəyi Şlezviq-Holşteynə gedəcək.
“Görüşün diqqət mərkəzində, əlbəttə ki, Rusiyanın Ukraynaya qarşı müharibə əməliyyatları, onun nəticələri, məsələn, enerji təhlükəsizliyi, ərzaq təminatı sahəsində təsirlərinə dair mövzular olacaq”, – deyə Almaniya XİN-nin nümayəndəsi qeyd edib.
Digər müzakirə mövzuları Çinin rolu, Hind-Sakit okeanı regionu, Əfqanıstan və Yaxın Şərqdəki vəziyyət, eləcə də iqlim dəyişikliyi və pandemiya ilə mübarizə olacaq.
Kuleba və Popeskudan başqa, görüşün digər qonağı İndoneziyanın xarici işlər naziri Retno Marsudi olacaq və o, videobağlantı vasitəsilə iclasa qoşulacaq.
Bundan əvvəl G7 ölkələrinin liderləri Ukrayna Prezidenti Volodimir Zelenski ilə virtual görüş keçirib və görüş zamanı ölkəyə lazımi yardımı göstərməyə davam etməyə hazır olduqlarını bildiriblər. Onlar respublikaya silah-sursat tədarükü ilə bağlı köməklik göstərərək, haker hücumlarından müdafiəni təmin edərək və ölkə ilə əməkdaşlığı genişləndirərək mövcud kursu davam etdirəcəklərini vurğulayıblar.