Dünyanın ən böyük almazı satıldı
- 12-05-2022, 12:20
- Dünya

“Azadsəs.az” xarici KİV-ə istinadən xəbər verir ki, təxminən 228 karatlıq almaz 18 milyon 800 min ABŞ dollarına alınıb.
Armud formalı almaz, demək olar ki, qolf topu ölçüsündə, 228,31 karat ağırlığındadır.
“Qaya” adlandırılan almaz 2000-ci illərin əvvəllərində Cənubi Afrikada buraxılan “The Rock”un keçmiş sahibi tərəfindən “Cartier” zənciri ilə birləşdirilərək boyunbağı kimi istifadə edilib.