azadses.az » Dünya » Baydenin Əliyevə təbrik məktubu sələflərinin dəst-xəttindən fərqlənir: Ağ Evdən verilən mesajlar

Baydenin Əliyevə təbrik məktubu sələflərinin dəst-xəttindən fərqlənir: Ağ Evdən verilən mesajlar

ABŞ lideri Cozef Bayden 28 May Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubun məzmununda iki xəttə sadiqlik aydın sezilir:

1. ABŞ Azərbaycanın enerji resurslarının Avropa və dünya bazarlarında təhlükəsizliyin təmin edilməsindəki roluna dəyər verir;

2. ABŞ beynəlxalq təhlükəsizlik məsələlərində də Azərbaycan amilinə önəm verir.

Baydenin dəst-xəttində sələflərindən fərqli olaraq yeni dünya nizamı kontekstində yanaşma ilə müraciət var, qısası, verilən mesajlar bu zamana qədərki ümumi yanaşma çərçivəsindən kənara çıxarılır və ona yeni məna yüklənir. Məsələn, Azərbaycanın Ukraynanın suverenliyinə dəstəyi və humanitar yardımı Bayden tərəfindən yüksək qiymətləndirilir.

ABŞ SSRİ dağıldıqdan sonra Cənubi Qafqaza iddialı baxışlar ortaya qoysa da, reallıqlar Ağ Evin gözləntilərini çıxdaş edərək fərqli mənzərə yaratdı.

Ancaq Azərbaycan öz torpaqlarını Ermənistanın işğalından azad etdikdən sonra Cənubi Qafqazda yaranan geosiyasi reallıq Vaşinqton qarşısında yeni yanaşmanı formalaşdırmaq çağırışlarını yaradır. Bu da supergücün Cənubi Qafqazda üstün rola sahiblənmək istiqamətlərini müəyyənləşdirir.

Birləşmiş Ştatların Cənubi Qafqazdakı rolunu marginal maraqlardan çıxarıb üst səviyyəyə qaldırmaq niyyətlərinin hədəflərinin analitik təsvirini verməyə çalışaq.

Cənubi Qafqazdakı reallıqlar ABŞ-ı regiona daha uzunmüddətli yanaşma formalaşdırmağa vadar edir və SSRİ-dən miras qalan bütün mümkün münaqişələrin, mübahisəli məsələlərin həllinə doğru düstur təklif etməyə doğru itələyir.

ABŞ-ın mövqeyində Ermənistana simpatiya duyulsa da, bu, o anlama gəlmir ki, Ağ Ev bölgədə hər-hansı münaqişənin olmasında maraqlıdır, ancaq beynəlxalq siyasi sistemdə formalaşan yeni nizam da konflikt proqnozlarını aktuallaşdırır.

ABŞ istədiyinə ağrısız nail olmaq üçün elə rəhbər prinsipləri əsas tutmalıdır ki, həm region qaynar fazaya keçməsin, həm də öz maraqları təmin olunsun, həm də bu maraqlar Türkiyənin və Rusiyanın xətti ilə uyğunlaşdırılsın.

Bu, qlobal maraqların Cənubi Qafqaz bölməsində əsl tarazlıq yarada bilər, lakin hər şey bu qədər asan və sadə deyil.

Vaşinqton hazırda Cənubi Qafqazda Moskvanın geosiyasi mövqeyindən nisbətən əlverişsiz vəziyyətdədir - enerji layihələrindəki iştirakı istisnadır.

Ağ Ev bölgə dövlətlərini şirnikləndirərək Moskvaya qarşı qaldırmaq siyasəti ilə əlverişli statusa nail ola bilməz. Qısası, ABŞ-ın öhdəliklərinin onun üçün nəticə hasil etməsi incə, Ağ Evin diqqətli balanslaşdırmasından asılıdır.

Baydenin Əliyevə ünvanladığı təbrik məktubunda həmin konsepsiyalar təqdim edilir və ABŞ-ın Cənubi Qafqazdakı iştirakını gücləndirməyin yolunun Azərbaycanla məsləhətləşmələrdən keçdiyinə işarələr edilir.

Məhz bu səbəbdəndir ki, cənab Bayden Azərbaycanla Ermənistan arasında davamlı sülhə nail olmaq, ümumilikdə Trans-Xəzər regionunun çiçəklənməsi üçün töhfə verməyə hazır olduğunu bəyan edir.

Vəziyyətin Rusiya-Ukrayna müharibəsi kontekstində dəyərləndirilməsini aparan Baydenin ölkəsinin Azərbaycanın müstəqilliyi və suverenliyinə bir daha dəstək nümayiş etdirməsini bildirməsi mühüm mesajdır və bu bəyanat Rusiyaya qarşı yönəlib.

ABŞ-ın Cənubi Qafqazda Azərbaycanla yaxınlaşmaq xəttini tutması yaxşı haldır, amma bunu Rusiya-Ukrayna müharibəsi yanaşmasının içinə salması regionun perspektivini həssaslaşdıran məqamlardan xəbər verir.

Təbii ki, Azərbaycan strateji tərəzisinin əqrəbini tamamilə Ağ Ev istiqamətinə əyməyəcək və indiki şəraitdə ən uğurlu strateji davranış balanslı siyasəti qoruyub-saxlamaqdır.

Bunu Rusiya da dəyərləndirməlidir və Bakının maraqlarını şübhə altına alan hər-hansı siyasətdən birdəfəlik əl çəkməlidir.

ABŞ-la Azərbaycan arasında fikir ayrılıqları da mövcuddur. ABŞ-ın Cənubi Qafqazla bağlı siyasəti daxili siyasətə də sirayət edir və institusional çağırışlar təqdim edir.

Bu mövzular, eləcə də, insan hüquqlarına dair fundamental yanaşmadakı fərqlər Bakı-Vaşinqton əlaqələrində mübahisəli hissələrdir, bununla belə, Ağ Ev Azərbaycanın regional əhəmiyyəti səbəbindən Bakı ilə əlaqələri inkişaf etdirəcək.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Ağstafada kişi dəm qazından boğularaq ölüb
  2. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  3. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  4. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  5. Nizami rayonunda motosiklet piyadanı vurub
  6. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  8. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  9. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  10. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?