azadses.az » Dünya » Türkiyənin Suriyada keçirdiyi əməliyyatlar: Ankaranın hədəfləri – TƏHLİL + XƏRİTƏ

Türkiyənin Suriyada keçirdiyi əməliyyatlar: Ankaranın hədəfləri – TƏHLİL + XƏRİTƏ

Türkiyə sərhəd zonalarında keçirdiyi və rəsmi şəkildə elan etdiyi hərbi əməliyyatlarının miqyasını genişləndirir və bununla sərhəddən əsən küləklərin gətirdiyi “toz-torpağı” havaya sovuraraq onu məhv etməyi hədəfləyir.

Türkiyə Respublikasının xarici siyasətində İraq, Suriya amilləri qırmızı xətlə keçir, çünki bu ölkələrdəki təlatümlər Türkiyəni də cənginə ala biləcək regional təhdidlər yaradır.

İraqın şimalında Türkiyə Silahlı Qüvvələri “Pence-Kilit” əməliyyatı aparır, paralel olaraq Suriyanın Tel-Rıfat və Münbiç şəhərlərində də PKK-ya qarşı döyüşür.

Bununla da Türkiyə PKK-nı bir neçə nöqtədən vurmaqla onu tamamilə zəiflətməyi hesablayır, hərçənd ki, PKK-nın Türkiyəyə qarşı təzyiq üçün əbədi və əzəli qalması üçün dəridən-qabıqdan çıxan güclər var.



Türkiyə ərazi nəzarətinə əsaslanaraq özünə lazım olan həddə təhlükəsizlik zolağı yaratmaq qətiyyətindən əl çəkməyəcək – hansı gücün hansı tələb və ya şərtlərlə çıxış etməsindən asılı olmayaraq.

Bir az da aydın olsun deyə qeyd edək ki, Türkiyənin əsas məqsədi PKK-nın öz sərhədləri yaxınlığına toplanmasının qarşısını almaq üçün cənub cinahında hərbi-ərazi nəzarəti yaratmaqdır.

Yeni əməliyyat Türkiyənin 2016-cı ildən bu yana Suriyada keçirdiyi beşinci əməliyyatdır.

Bu əməliyyatlar PKK probleminin siyasi yolla həllinə dair ümidlərin tükəndiyi meylini gücləndirir və uğur da qazanır, diplomatik mühitin üzərində isə qara bulud topası yaradır.

Yəni Türkiyə ilə Qərb arasında mövcud olan soyuq münasibətlər bir az da qəlizləşir və Ankara Qərbə nisbətdə Rusiya ilə birgə hərəkət etməyi “üstün tutur”.

Əslində, Tel-Rıfat Türkiyənin 2018-ci ildə keçirdiyi əməliyyatlardakı əsas hədəflərdən idi, amma o zaman Rusiya buna maneə yaratmışdı.

Cari qlobal tablo Rusiyanı Ukraynaya köklədiyindən Türkiyə özü üçün əlverişli mühitin yarandığını görür, Moskva isə ona dirəniş göstərmək siyasətindən hələlik əl çəkərək “xeyir-dua”sını verir.

Türkiyənin məqsədləri sırasında yer alan hədəflərdən biri də Ayn İsa və Tel-Temirə, oradan da “M4” magistral yoluna (Hələb-Lazkiya yolu) çıxış əldə edib orada nəzarət zolağı formalaşdırmaqdır.

Magistral Münbiç və Qamışlını da bir-birinə bağlayır. PKK bu yoldan logistik və ticarət əməliyyatları üçün yararlanır.

Ankara “M4”ün əhəmiyyətini öz lehinə çevirmək istəməklə bufer zonanın sərhədini genişləndirmək və onu təhlükəsiz vəziyyətə gətirmək yolunda addımlarını gücləndirəcək.



Lakin Türkiyə bu bölgədə Rusiyanın siyasi müqaviməti ilə üzləşə bilər, elə Rusiya xarici işlər naziri Sergey Lavrovun Ankaraya gözlənilən səfərində də uzlaşma əldə edilməsi üçün danışıqlar aparılacaq.

Elə ABŞ hərbçiləri də Türkiyənin maraq dairəsində olan Suriya ərazilərində mövcuddurlar, buna görə də Ankara ilə Vaşinqton arasındakı mübahisələr dərinləşəcək.

NƏTİCƏ:

Türkiyənin regionda irəliləməsinə təkan verən kontekst nəzərə alınmaqla əməliyyatların davamını gözləmək lazımdır.

Bu, PKK probleminin hərbi həlli olsa da, ümumilikdə təhlükəsizliyə şərait yaradır. Ankara tələb etdiyi 32 kilometrlik bufer zonanı yaradana qədər hərbi əməliyyatları gündəmdə saxlayacaq.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Rusiyada minik avtomobillərinin qəza reytinqi - İlk sırada tanınmış model
  2. Günəş "oyanır": Bu il rekord sayda maqnit fırtınası ola bilər
  3. Sumqayıtda baş verən avtomobil qəzasında xəsarət alan qadınların vəziyyəti açıqlanıb - YENİLƏNİB
  4. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  5. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  6. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  7. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  8. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  9. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  10. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Möminə xatun türbəsi bərpa olunacaq
Möminə xatun türbəsi bərpa olunacaq
Naxçıvanda Möminə xatun türbəsi bərpa olunacaq. “Report” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Naxçıvan şəhərində Ətraflı
Azərbaycan İlahiyyat İnstitutu və Doqquz Eylül Universiteti əməkdaşlıq edəcək
Azərbaycan İlahiyyat İnstitutu və Doqquz Eylül Universiteti əməkdaşlıq edəcək
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu ilə Türkiyənin Doqquz Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib