azadses.az » Dünya » Rusiya neft bazarından çıxarılarsa... - RƏY

Rusiya neft bazarından çıxarılarsa... - RƏY

“Siyasilər qərar qəbul edirlər ki, alternativ mənbələrdən istifadə edəcəklər. Lakin bu mənbələrlə Rusiya ixrac güclərinin tədarük tezliyi arasında ciddi fərq var. Yəni məsafə nə qədər çox artacaqsa, neft tədarükündə bir o qədər çox itki olacaq. Ona görə də, düşünürəm ki, qarşıdakı aylarda Avropanın neft məhsulları balansını nizamlamaq çətin olacaq”.

Mövzu ilə bağlı “Kaspi” qəzetinin yazısını təqdim edirik:

Dünya bazarlarında neftin qiyməti 120 dolları aşır. Buna səbəb Səudiyyə Ərəbistanının əksər müştərilər üçün neftin qiymətini gözləniləndən daha çox artırmasıdır. Digər tərəfdən isə Avropa İttifaqı Rusiyadan neft idxalının üçdə birindən də çoxunu dərhal azaltmaqla bağlı qərar qəbul edib. Embarqo yalnız dənizlə daşınan neftə aiddir. Hələ ki kəmərlə daşınan neftə heç bir qadağa yoxdur. Amma Rusiyanın OPEK-dən çıxarılması ilə bağlı fikirlər də səsləndirilir. Rusiya kimi böyük oyunçu neft bazarından çıxarılarsa, proseslər necə cərəyan edəcək?

Əmtəə bazarlarına təsiri

“Enerji dəyər zəncirinin iki əsas oyunçusu var. Biri neftdir, digəri qaz. Təbii ki, enerji dəyər zəncirinin hər hansı bir hissəsində qırılma baş verərsə, əmtəə bazarlarına birbaşa təsir edəcək və artım müşahidə olunacaq”. Bu sözləri enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev “Kaspi”yə açıqlamasında bildirib. Mütəxəssis deyir ki, 2021-ci ildə Rusiya öz ixrac gücü vasitəsilə Avropaya 105-106 milyon ton neft ixrac edib. Bu, sutkada təxminən 2,6 milyon barel təşkil edir. Təbii ki, Avropanın neft emalı güclərinin də böyük əksəriyyəti - Çexiya, Macarıstan, Avstriya, Almaniya, Serbiya kimi ölkələrin zavodlarının tənzimlənməsi, əsasən, “Urals” markalı neftə hesablanıb. “Urals” orta ağır neft qrupuna daxilidir. Onun tərkibində kükürdün miqdarı 1,6 faizdən yuxarıdır. Tərkibində ağır metalların iştirak faizi olduqca yüksəkdir. “Urals” markalı neftdən imtina etmək Avropanın enerji təchizatında, o cümlədən, neft məhsullarının təchizatında ciddi problemlər yaradacaq. Artıq bu problemlər bir neçə aydır ki, özünü qabarıq şəkildə büruzə verir”.



Avropa bazarlarında qıtlıq

Həmsöhbətimiz bildirir ki, Rusiya Avropa İttifaqı ölkələrinə yalnız xam neft ixrac etmir, eyni zamanda, emal olunmuş neft məhsulları da göndərir. Rusiya neftindən imtina Avropa bazarlarında dizel yanacağının, müxtəlif markalı avtomobil benzinlərinin və aviakeratinin qıtlığını yaradacaq: “Rusiyanın gündəlik neft və neft məhsullarının ixrac həcmləri keçən ilin statistik göstəricilərinə əsasən, təxminən 7,5 milyon barel civarındadır. Bu gün mərhələli şəkildə Rusiyanın xam neftindən və neft məhsullarından imtina edilməsi Avropanın bazarlarında qıtlıq yaradacaq. Qarşıdan turizm mövsümü gəlir. Ona görə də nəqliyyat dəhlizlərində yanacağa ciddi ehtiyac yaranacaq. Avropanın keçənilki neft məhsullarına olan tələbatı ilə indiki arasında fərq yaranacaq. Nəqliyyat dəhlizlərində ciddi dəyişikliklər olacaq. Bu isə izafi yanacaq israfı, istehlakı deməkdir. Bu baxımdan, ciddi problemlərin olması ehtimalı çoxdur”.

Avropa Rusiya neftini əvəzləyə bilərmi?

Avropanın alternativ mənbələrinə gəldikdə, mütəxəssis vurğulayır ki, bazarda Rusiya neftini çox sürətlə əvəz edəcək həcmlər mövcud deyil: “Neft biznesində tədarük tezliyi, tədarük çevikliyi deyilən bir anlam var. Məsələn, siyasilər qərar qəbul edirlər, bəyan edirlər ki, alternativ mənbələrdən istifadə edəcəklər. Asiya ölkələrindən neft idxalını genişləndirə, o cümlədən Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, İraq, eyni zamanda, Amerikanın neft idxalını artıra bilərlər. Lakin bu mənbələrlə Rusiya ixrac güclərinin tədarük tezliyi arasında ciddi fərq var. Yəni məsafə nə qədər çox artacaqsa, neft tədarükündə bir o qədər çox itki olacaq. Ona görə də, düşünürəm ki, qarşıdakı aylarda Avropanın neft məhsulları balansını nizamlamaq çətin olacaq. Analitiklərin bəyan etdiyi mənbələr hesabına tələbat qarşılana bilər. Lakin tədarük çevikliyi məsələsində gecikmələr olacaq. Həm logistik, həm də texnoloji problemlərlə üzləşəcəklər”.

“Qiymətlər enməyəcək”

Enerji mütəxəssisi bildirir ki, “Urals”dan imtina etmək əlavə xərclər deməkdir: “Əgər imtina edilərsə, zavodlar yeni texnoloji qurğular quraşdırmalıdır. Bu, indiki məqamda olduqca çətindir, Avropadakı neft emalı güclərinin emal marjına neqativ təsir göstərəcək. Düşünürəm ki, ilin sonuna kimi neft bazarlarında qeyri-müəyyən vəziyyət davam edəcək, qiymətlərdə enmələr müşahidə olunmayacaq”.

Yüksək neft qiymətlərinin iqtisadiyyata təsiri

Həmsöhbətimiz hazırkı qiymətləri məqbul hesab edir: “Baxmayaraq ki, bəzi analitiklər hesab edirlər ki, yüksək neft qiymətləri iqtisadi artıma neqativ təsir göstərir. Bildirirlər ki, neftin qiyməti 80 dollar civarında olmalıdır. Bunu keçən il səsləndirə bilərdik. O zaman neftin ədalətli qiyməti 75-85 dollar arasında olmalı idi. Amma indi keçən illə müqayisədə neftə olan tələbatda artım var. Keçən il qlobal neftə olan tələbat, təxminən 96 milyon barel idisə, bu il 100 milyon barel civarına çatacaq. Yəni əlavə neft həcmlərinə ehtiyac olduğuna görə, qiymətlərdə də artımlar müşahidə olunmalıdır. Bu il neft qiymətinin 90-100 dollar arasında dəyişməsi həm istehlakçılar, həm də istehsalçılar üçün məqbuldur. İlin sonuna kimi də neft qiymətlərində kəskin enmələr müşahidə edilməyəcək. Baxmayaraq ki, maliyyə alətləri bazara intervensiya edilir, bazara tələbatdan artıq neft həcmlərinin çıxarılması məsələsi gündəmdədir, strateji neft ehtiyatlarının əlavə həcmlərinin bazara daxil olması davam edir. Amma bunların heç biri neft qiymətlərini durdura bilmir”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  2. Nizami rayonunda motosiklet piyadanı vurub
  3. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  4. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  5. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  6. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  7. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
  8. Qubada 102 min manatlıq dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
  9. Qobustanda zəlzələ olub
  10. Bakıda yol qəzası olub, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?