Rusiya və Türkiyə ilə yanaşı daha bir tərəf taxıl daşıyan gəmilərin təhlükəsizliyini təmin edəcək
- 24-07-2022, 21:37
- Dünya

Bunu bazar günü Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
“İstanbulda biz razılığa gələ bildik: Ukrayna minatəmizləmə ilə məşğul olur, gəmiləri açıq dənizə buraxır, Rusiya, Türkiyə və sonradan müəyyən olunacaq başqa iştirakçı tərəf gəmini Bosfor boğazına qədər müşayiət edir”, - Lavrov Ərəb Dövlətləri Liqasına üzv ölkələrin daimi nümayəndələri ilə görüşündə deyib.
O qeyd edib ki, İstanbulda razılaşmalarla eyni vaxtda imzalanmış RF-BMT memorandumu BMT-nin baş katibini Qərb ölkələrini razı salmaq və Rusiya taxılının ixracına qoyulan bütün məhdudiyyətlərin aradan qaldırılmasını təmin etmək üçün müvafiq prosesə başlamağa sövq edir.