azadses.az » Dünya » Daşkənd Bəyannaməsi: Regional əməkdaşlığın dərinləşdirilməsinə gedən yol

Daşkənd Bəyannaməsi: Regional əməkdaşlığın dərinləşdirilməsinə gedən yol

Azərbaycan, Türkiyə və Özbəkistan effektiv, fasiləsiz və maneəsiz yük daşımalarının zəruriliyini vurğulayırlar.

“Report” xəbər verir ki, bu barədə bu gün Daşkənddə keçirilən Özbəkistan, Azərbaycan və Türkiyə nazirlərinin üçtərəfli görüşünün yekunlarına dair imzalanmış Daşkənd Bəyannaməsində deyilir.

Bununla əlaqədar olaraq tərəflər nəqliyyat və logistika infrastrukturunun inkişaf etdirilməsini, nəqliyyat, gömrük və sərhəd proseslərinin rəqəmsallaşdırılması və elektron sənəd dövriyyəsinin - eTIR, ePermit, həmçinin eCMR, eCIM və eCIM/SMGS alətlərinin, habelə BMT-nin Ticarət və elektron iş əməliyyatları prosedurlarının sadələşdirilməsi üzrə mərkəzinin multimodal daşımalar üçün qəbul etdiyi standartların lazımi səviyyədə tətbiqi hesabına əməliyyatların sadələşdirilməsini zəruri hesab edirlər.

Bundan başqa, ölkələrin ərazisindən keçən nəqliyyat marşrutlarının, o cümlədən “Orta dəhlizin” regional və çoxtərəfli forumlarda təşviqi üzrə regional əməkdaşlığın təşkili çərçivəsində ümumi mövqelərin formalaşdırılması üçün koordinasiyanı gücləndirmək lazımdır. Bakı-Tbilisi-Qars və s. xətlərin dəmiryolu potensialından istifadə etməklə Çin-Avropa marşrutu üzrə dəniz limanlarından əlavə yüklərin cəlb edilməsi vacib əhəmiyyət kəsb edir.

Sənəddə Özbəkistanın Termez - Məzari-Şərif - Kabil - Peşəvər dəmiryolu xəttinin tikintisi ilə bağlı təşəbbüsünün, həmçinin Özbəkistan-Qırğız Respublikası-Çin dəmiryolunun tikintisinin zəruriliyi vurğulanır. Dəstəklənən layihələr sırasında – Cənubi Qafqazda kommunikasiya imkanlarını gücləndirməli olan Zəngəzur dəhlizinin açılması da var.

Bəyannamədə iqtisadiyyat, ticarət, investisiyalar və nəqliyyat sahəsində, o cümlədən bütün növ ticarət və tranzit əlaqələri üzrə əməkdaşlığın bütün potensialının həyata keçirilməsi üzrə birgə səylərin davam etdirilməsinə, həmçinin qarşılıqlı maraq kəsb edən sahələrdə bundan sonra investisiyaların təşviqinə hazırlığa, işgüzar dairələr, sənaye-ticarət palataları və digər strukturlar vasitəsilə bu istiqamətdə birbaşa əlaqələrin saxlanmasına qətiyyət ifadə olunub.

Həmçinin, üç ölkə sənaye, proqram təminatı, informasiya-kommunikasiya texnologiyaları və rəqəmsal ticarət sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün səylərini əsirgəməyəcək, energetika, xüsusilə də bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanlarını öyrənəcək.

Bundan əlavə, tərəflər ərzaq təhlükəsizliyi, kənd təsərrüfatı və qida sənayesi sahəsində əməkdaşlığa və sözügedən sahələrdə ümumi problemlərin həllinə xüsusi əhəmiyyət verirlər.

Tərəflər bir daha beynəlxalq tanınmış sərhədlər çərçivəsində bir-birinin ərazi bütövlüyünə hörməti və tərəflərin suverenliyinə və ərazi bütövlüyünə təhdid yaradan fəaliyyətlərə qarşı bir-birinin səylərinə dəstəyi təsdiq edirlər.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Sabah Bakıda 22 dərəcə isti olacaq
  2. Bakıda iki gündə itkin düşən 16 nəfər tapılıb
  3. Həftəsonu axtarışda olan 106 nəfər saxlanılıb
  4. Şəkidə avtomobil piyadanı vuraraq öldürüb
  5. Qızını bıçaqlamaqda şübhəli bilinən şəxslə bağlı YENİ DETALLAR
  6. Ötən gün ölkə ərazisində 23 qumbara aşkarlanıb
  7. PUA ilə ölkə ərazisinə atılan narkotiki götürmək istəyən şəxslər saxlanılıb
  8. Salyanda avtomobil piyadanı vuraraq öldürüb
  9. Xırdalanda "Kristal Abşeron 1" yaşayış kompleksində yanğın söndürülüb - YENİLƏNİB-2
  10. Babək rayonunda "Niva" yanıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Çin ekstremal şərtlər üçün ilk keramik aerogelini yaradıb
Çin ekstremal şərtlər üçün ilk keramik aerogelini yaradıb
Çinin Elmlər Akademiyasının Hefey Fizika Elmləri İnstitutunun alimləri yüksək anizotrop istilik keçiriciliyinə və müstəsna Ətraflı
Xalq artisti Tamilla Şirəliyevanın dəfn ediləcəyi yer açıqlanıb
Xalq artisti Tamilla Şirəliyevanın dəfn ediləcəyi yer açıqlanıb
Balet ustası, Xalq artisti Tamilla Şirəliyeva Qurd qapısı qəbiristanlığında dəfn ediləcək. Bu barədə “Report”un sorğusuna cavab Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar