“Pfizer”in rəhbəri dörd peyvənddən sonra koronavirusa yoluxdu

O, bu barədə bazar ertəsi “Twitter”də məlumat verib.
“Sizə məlumat vermək istərdim ki, koronavirus üçün testim müsbət çıxıb. Dörd doza “Pfizer-BioNTech” peyvəndi aldığıma görə minnətdaram, özümü yaxşı hiss edirəm, çox yüngül simptomlar var. Özümü təcrid edirəm və “Paxlovid” qəbul etməyə başlayıram”, - Burla yazıb.
Qeyd edək ki, ABŞ prezidenti Co Bayden də eyni dərmanla müalicə olunub.
Cons Hopkins Universitetinin məlumatına görə, pandemiyanın başlanğıcından bəri ABŞ-da 92 milyondan çox koronavirus xəstəsi və bir milyondan çox ölüm halı qeydə alınıb.