azadses.az » Dünya » Mərkəzi Asiyada Ukrayna ssenarisi: KTMT problemlərin qarşısında acizdir - FOTO

Mərkəzi Asiyada Ukrayna ssenarisi: KTMT problemlərin qarşısında acizdir - FOTO

Qırğız-tacik qarşıdurmasında narkotik ticarəti izi də var. Gərginlik qanunsuz narkotik tranzitinin keçdiyi məntəqələr və sərhəd postlarının olduğu sahələrdə baş verib. Qırğız ekspert iddia edir ki, Qırğızıstan-Tacikistan sərhədindəki qanlı toqquşmalar hər iki tərəfdən maraqlı şəxslər tərəfindən məhz böyük narkotik partiyalarının ötürülməsi üçün qəsdən alovlandırılıb.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Mərkəzi Asiyanın iki qonşu dövləti - Qırğızıstan və Tacikistan arasında son vaxtlar yaşananlar diqqəti yenidən bu bölgəyə yönəldib. 30 ildən artıqdır ki, iki ölkə arasındakı sərhəd ərazisində qanlı toqquşmalar yaşanır, insanlar həlak olur, problemlər isə həllini tapmır ki, tapmır. Son iki ildə artıq ikinci dəfədir ki, iki ölkə arasında Batken vilayətində su və otlaq ərazilər uğrunda silahlı qarşıdurma yaşanır. Artıq tərəflər arasında atəşkəs əldə olunsa da, vəziyyətin yenidən gərginləşəcəyi istisna edilmir. Sentyabrın 14-də başlayan sərhəd münaqişəsi zamanı Qırğızıstan tərəfdən 59, taciklərdən isə 60-dan artıq ölü var. Ən maraqlısı da odur ki, münaqişə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti zamanı - prezidentlər Sadır Japarov və Emoməli Rəhmonun atəşkəs elan etmək barədə razılaşmasından sonra qızışıb.



Narkotik bazarı uğrunda mübarizə?

Qırğızıstanın ictimai xadimi Toktaim Umetaliyeva baş verənlərlə bağlı maraqlı bir versiya səsləndirib. O, silahlı münaqişənin səbəblərindən biri kimi narkotik ticarəti bazarının yenidən bölüşdürülməsini göstərib. “Qırğızıstanda hakimiyyət dəyişikliyindən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsi marşrutlarına nəzarətin yenidən bölüşdürülməsi prosesi gedir. Xəritəyə baxsanız, gərginlik narkotikin qanunsuz ticarətinin aparıldığı məntəqələr və postların olduğu sahələrdə baş verib. Bu münaqişə hər iki tərəfdən maraqlı şəxslər tərəfindən məhz böyük partiyanın ötürülməsi üçün təhrik edilib”, - deyə Umetaliyeva bildirib. Onun fikrincə, sərhəddəki toqquşmalar məqsədli şəkildə siyasiləşdirilir və torpaq, su, indi də etnik mənsubiyyət faktorundan istifadə olunur. “Bu sxem bir dəfədən çox sınaqdan keçirilib. Keçən yazda, guya, yerli sakinlər suyu paylaşa bilməmişdilər. Nəticədə, pulemyotlardan, minaatanlardan və döyüş helikopterlərindən istifadə edilmişdi. 36 nəfər həlak olmuş, onlarla ev yandırılmış, minlərlə insan təxliyə edilmişdi. Amma əsl səbəb yenə də narkotik alveri, müxtəlif qaçaqmalçılıq cəhdlərinə dəstək vermək idi. Diqqət edin, yük keçən kimi tərəflər dərhal atəşkəs haqqında razılığa gəlirlər. Təəssüflər olsun ki, istər müxalifətdə, istərsə də iqtidarda olan siyasi elita, ən azı biz tərəfdən bu proseslərə qarışır”, - deyə ekspert bildirib. O hesab edir ki, sərhəd münaqişələrinin həllinə qaçaqmalçılığın qarşısının alınması və narkotik mafiyası ilə mübarizə istiqamətindən yanaşmaq lazımdır.



Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisinə mane olmaq cəhdi?

Qərb mediası münaqişənin qızışmasında birinci versiya kimi Rusiya amilini göstərir. Onların qənaətincə, rəsmi Moskvaya Mərkəzi Asiyada qeyri-sabitlik lazımdır ki, regionda ən mühüm lider olsun.

Moskva hazırda da bu regionda çoxqütblü geosiyasəti həyata keçirmək üçün böyük resurslara və təsirə malikdir. Maraqlı olan Rusiya mediasının mövqeyidir. Onlar diqqəti ona yönəldir ki, Rusiya iki ölkə arasındakı problemin həllində ən yaxşı vasitəçi ola bilər, çünki həm Tacikistan, həm də Qırğızıstan KTMT və Aİİ-nin üzvləridir. Hər iki ölkədə Rusiya hərbi bazaları var. Xüsusilə iddia edirlər ki, Moskvanın heç bir tərəfə açıq-aşkar simpatiyası yoxdur. Diqqəti də ona yönəldirlər ki, son gərginlikdə məhz KTMT baş katibinin müdaxiləsi sayəsində atəşkəs elan olunub. Rusiya mediası Əfqanıstandakı radikal ünsürlərin bu ölkələrə mümkün müdaxilə təhlükəsini də qabardır. Diqqəti həm də ona yönəldirlər ki, Qırğızıstan və Tacikistan Rusiya ilə xüsusi münasibətlərdən yararlanmalı və onu sərhədlərin demarkasiyasına müşahidəçi və vasitəçi kimi dəvət etməlidirlər. İkinci versiya kimi hər iki ölkədəki klanlararası mübarizə, üçüncü variant kimi isə Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi göstərilir.



Rusiya Mərkəzi Asiyadakı əsgərlərini Ukraynaya göndərir?

Qırğız-tacik gərginliyilə bağlı başqa bir maraqlı versiya Ukraynadan səsləndirilib. Ukrayna hakimiyyəti hesab edir ki, Rusiya Mərkəzi Asiya ölkələrindəki, xüsusən də Tacikistandakı silah ehtiyatlarından Ukrayna müharibəsində istifadə etmək və bölgədəki hərbi bazalarındakı hərbçiləri Ukrayna müharibəsinə yönləndirmək niyyətindədir. Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin Baş İdarəsi özünün “Telegram” səhifəsində yazıb ki, aldıqları məlumata görə, Kreml Mərkəzi Asiya ölkələrinin resurslarından müharibədə istifadə etməyə çalışır.

KTMT nəyə lazımdır?

Maraqlıdır ki, rusiyalı bloqer İlya Varlamov Qırğızıstan-Tacikistan sərhədində baş verən toqquşmalara görə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını ittiham edib. Onun sözlərinə görə, təşkilat yalnız atəşkəs çağırışı ilə kifayətlənib. O, KTMT-nin hərbi-iqtisadi birliyinin effektivliyinə şübhə ilə yanaşdığını bildirib. “Hər şey yavaş-yavaş dağılmağa başlayır” deyən Varlamov əlavə edib ki, 6 ölkə KTMT-nin üzvüdür. Hazırda onlardan yalnız biri müharibə şəraitində deyil - Qazaxıstan. KTMT-nin iki üzvü Qırğızıstan və Tacikistan bir-birinə atəş açır. Tacikistan Qırğızıstanı atəşə tutursa, heç kim heç nə demirsə, heç nə etmək mümkün deyilsə, KTMT niyə lazımdır? Yaşanan münaqişələr yenidən alovlanmağa başlayır. Rusiyanın rolu zəifləyib. Hamı başa düşür ki, o, köməyə gəlməyəcək, ciddi müdaxilə etməyəcək. Uzun müddətdir dondurulmuş münaqişələr yaşayan və onları həll etmək istəyənlər indi bundan istifadə etməyə çalışırlar. Bu, qorxuludur. On minlərlə qaçqın, dağılmış evlər. İnsanlar ölür. Bəs bundan sonra nə olacaq?” - deyə bloqer vurğulayıb.

Ekspertlərin yekun fikri odur ki, KTMT bu cür problemlərin qarşısında acizdir. NATO ölkələri arasında oxşar hadisənin baş verməsini təsəvvür etmək belə mümkün deyil. Məsələn, Türkiyə və Yunanıstan NATO üzvüdür və münasibətləri gərgindir. Lakin orada toqquşma ehtimalı artan zaman NATO və Amerika dərhal bunun qarşısını almağa çalışır. Rusiya isə KTMT çərçivəsində baş verən münaqişələrə müdaxilə etmir. Çünki düşünür ki, müdaxilə etsə belə, məsələni həll edə bilməyəcək.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  2. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  3. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  4. Nizami rayonunda motosiklet piyadanı vurub
  5. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  6. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  8. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  9. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
  10. Qubada 102 min manatlıq dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?