ABŞ-dakı diasporumuz Beynəlxalq Folklor Festivalında ölkəmizi təmsil edib - FOTO
- 30-09-2022, 13:39
- Dünya

Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbal bildirib ki, icmamız ilk dəfə bu festivala qatılıb. Milli geyimlərimizdə olan soydaşlarımız festivalın paradında iştirak ediblər. Onlar Azərbaycan pavilyonunda şəhər sakinlərini milli mətbəximizin təamlarına qonaq ediblər.
Qeyd edək ki, Fayetvill şəhərinin rəsmiləri ölkəmizə və Azərbaycan icmasına xoş münasibətləri ilə seçilirlər. Bu il şəhər meri Mitç Kolvin 26 fevral tarixini “Xocalının Anım Günü” kimi tanıyan bəyannamə imzalayıb.





