II Elizabetin tabutunu daşıyan gənc qəfil vəfat etdi - FOTO
- 2-10-2022, 09:24
- Dünya

Yaxınlarının dediyinə görə, Cek Bernel-Uilyams sentyabrın 19-da dəfn mərasimini müşayiət edib və iki həftə sonra ölü tapılıb.
Polis əməkdaşları gənc britaniyalının ölümünü gözlənilməz hesab edirlər. Eyni zamanda, qeyd edirlər ki, onun qəfil ölümündə şübhəli heç nə yoxdur.
Gəncin ailəsi Cekin “kraliçanı son səfərində müşayiət etmək üçün seçilməsindən” qürur duyduğunu bildirib.
