Zelenski: “Bir ayda Ukrayna ordusu 233 İran istehsalı PUA-nı məhv edib”

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində deyib.
“Yalnız bu gün təkcə Kiyev istiqamətində 10 İran istehsalı pilotsuz uçuş aparatı məhv edilib. Daha 11 “Şahed” PUA-sı “Cənub” hava komandanlığının əsgərləri tərəfindən vurulub” - deyə, o bildirib.
Döclət başçısının sözlərinə görə, 19 oktyabr tarixində Rusiya hərbçiləri öz zərbələri ilə Ukraynada üç enerji infrastrukturu obyektini məhv ediblər.