İran döyüşçülərini Bağdaddan geri çağırıb etirazların yatırılmasına cəlb edəcək
- 3-11-2022, 13:51
- Dünya

Bu barədə Müharibə Araşdırmaları İnstitutunun (ISW) İranda artıq bir aydan çoxdur davam edən etirazlar haqqında hazırladığı hesabatda qeyd olunub.
İnstitut iddia edir ki, əmrə əsasən döyüşçülər İranın Məşhəd şəhərinə yerləşdiriliblər. Onlardan kütləvi etirazları yatırmaq üçün istifadə ediləcəyi iddia olunur.
Hesabatda təhlükəsizlik qüvvələrinin etirazçıların qarşısını almaq və qorxutmaq üçün Tehranda psixoloji əməliyyatlar keçirdiyi də yer alıb:
“Təhlükəsizlik işçiləri yaşayış məntəqələrini səs bombalarından atəşə tutaraq insanlar arasında qorxu və vahimə yaradırlar, bu yolla İran vətəndaşlarını aksiyalarda iştirakdan çəkindirməyə cəhd göstərirlər”.