Türkiyədən Gürcüstana gələn təyyarə yerə enmədən geri qayıtdı
- 27-11-2022, 18:50
- Dünya

Bu barədə bazar günü Gürcüstan Hava Limanları Assosiasiyası məlumat yayıb.
“Əlverişsiz hava şəraiti səbəbindən “Pegasus” aviaşirkətinin İstanbul-Tbilisi reysi Tbilisi beynəlxalq hava limanına enə bilməyib və alternativ aerodrom olan Türkiyənin Ərzurum hava limanına qayıdır”, - məlumatda bildirilb.
Qeyd edək ki, bazar günü Tbilisidə güclü külək əsir. Meteoroloqların sözlərinə görə, onun sürəti 17 m/s-ə çatır.