ABŞ dünya çempionatı matçından əvvəl İran bayrağına “əl gəzdirdi” - FOTO
- 28-11-2022, 15:31
- Dünya

Qeyd olunur ki, bayrağın dəyişdirilmiş variantı noyabrın 29-da Qətərdəki dünya çempionatının qrup mərhələsinin ABŞ və İran komandaları arasında keçiriləcək oyunun anonsunda dərc olunub. Beləliklə ABŞ insan hüquqları uğrunda mübarizə aparan iranlı qadınları dəstəkləmək istəyib.

Buna cavab olaraq İran Futbol Federasiyasının nümayəndələri ABŞ-ni FIFA qaydalarını pozmaqda ittiham ediblər.
Daha sonra Amerika Futbol Federasiyası postu indiki İran bayrağı olan versiya ilə əvəz edib.