Qətər televiziyası Almaniyanı çempionatdan xüsusi “ritualla” yola saldı - FOTO
- 3-12-2022, 10:12
- Dünya

Yerli telekanalların birində qonaqlar və aparıcılar bir əlləri ilə ağızlarını qapadıb, digər əllərini kameraya yelləyiblər.
“Biz Almaniyanı bu dünya çempionatından belə yola salırıq”, - deyə verilişin sonunda aparıcı qeyd edib.
Bu, almaniyalı futbolçuların Yaponiya ilə oyun öncəsi (1:2) etiraz aksiyasına işarədir. Belə ki, almaniyalı futbolçular komandanın ümumi fotosunda FİFA-ya etiraz olaraq ağızlarını əlləri ilə qapamışdılar. Bu aksiya 2022-ci il Dünya Çempionatı matçlarında komanda kapitanlarına “One Love” sarğısını taxmağın qadağan edilməsinə etiraz olaraq keçirilmişdi.

