azadses.az » Dünya » Kanada mətbuatı Fransanın antisülh siyasətindən yazıb

Kanada mətbuatı Fransanın antisülh siyasətindən yazıb

Kanadanın nüfuzlu “Thej.ca” yəhudi media platformasında “Fransa Azərbaycanla Ermənistan arasında sülh prosesinə mane olur” sərlövhəli məqalə dərc olunub.

Tanınmış israilli politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avrahamın qələmə aldığı məqalədə bildirilib ki, Fransa Senatı tərəfindən Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsini və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini pozaraq Azərbaycan ərazisində yaradılmış, Qəzzadakı HƏMAS hökuməti ilə eyni beynəlxalq legitimliyə malik erməni separatçı qurumu olan “Dağlıq Qarabağ Respublikası”nın Fransa tərəfindən tanınmasını tələb edən qətnamənin qəbul edilməsi anlaşılan olmamaqla yanaşı, yolverilməzdir.

Qeyd olunub ki, iki post-sovet respublikası arasında sərhədlərin delimitasiya olunmamasına rəğmən, cari ilin sentyabrında tərəflər arasında hərbi qarşıdurmanın qızışdığı bir vaxtda Azərbaycanı “erməni ərazisi”ndən çıxmağa çağıran Fransa Senatı bu hərəkəti ilə odun üstünə yanacaq əlavə edib, habelə sərhəddə qarşıdurmanın təşəbbüskarı erməni təxribatçıları olsa da, azərbaycanlıların ölümünə məhəl qoymadan məsələyə birtərəfli yanaşıb.

Müəllif Fransa Senatının qətnaməsinin məcburi xarakter daşımaması və heç bir hüquqi qüvvəyə malik olmaması müstəvisində sözügedən qətnamənin hələ də hər iki ölkə arasında sülh prosesinə ciddi əngəl törətdiyini diqqətə çatdırıb. Bu mövqeyini Fransa Prezidenti Emmanuel Makronun verdiyi qərəzli ermənipərəst bəyanatlarla əsaslandıran israilli politoloq əlavə edib ki, Makron “Dağlıq Qarabağ Respublikası”nın tanınmasına heç vaxt çağırış etməsə də, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə uyğun olaraq Azərbaycanın tərkib hissəsi kimi tanınmış Qarabağın “mübahisəli ərazi” olduğunu israrla iddia edib.

Məqalədə qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev cari il dekabrın 7-nə planlaşdırılan, Aİ rəhbəri və Makronun iştirakı ilə nəzərdə tutulan görüşü ləğv edib və Makronun anti-Azərbaycan mövqe tutduğunu, Bakını təhqir etdiyini və buna görə də sülh danışıqlarında heç bir rol oynamamalı olduğunu vurğulayıb: “Makron Azərbaycana həmlə edib, etmədiklərimizə görə bizi ittiham edib. Aydındır ki, Fransa bu şəraitdə, belə bir münasibətlə Azərbaycan və Ermənistan arasında sülh prosesinin bir hissəsi ola bilməz”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib