Volqa - Xəzər dəniz kanalında iki gəmi saya oturub
- 26-02-2023, 20:35
- Dünya
Volqa - Xəzər kanalının dəniz hissəsində iki gəmi saya oturub.
Bu barədə fevralın 26-da Rusiya Fövqəladə Hallar Nazirliyinin Həştərxan vilayəti üzrə Baş İdarəsindən məlumat verilib.
İlkin məlumatlara görə, bir gəminin gövdəsi zədələnib.
Hadisə ötən gün kanalın 170-ci km-də baş verib.
“1500 ton duz və 6 yük maşını daşıyan “Nazmehr” və yüksüz olan “Tiam” gəmisi saya oturub. Birinci gəminin gövdəsi zədələnib. Onun aşması təhlükəsi, eləcə də kanalda naviqasiya üçün təhlükə yoxdur”, - məlumatda bildirilib.
Fövqəladə Hallar Nazirliyi xəsarət alanların olmadığını vurğulayıb.