BMT-nin baş katibi Kiyevə səfər edib
- 8-03-2023, 13:23
- Dünya
BMT-nin baş katibi Antonio Quterreş taxıl sazişinin uzadılmasını müzakirə etmək məqsədilə Kiyevə səfər edib.
Bu gün BMT Baş katibinin Vladimir Zelenski ilə görüşü baş tutacaq.
Qeyd edək ki, martın 5-də BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Devid Bisli taxıl müqaviləsinin müddətinin uzadılmasına çağırıb.
Onun sözlərinə görə, taxıl müqaviləsinin uzadılması zərurəti dünyada davam edən münaqişələr, koronavirus pandemiyası, iqlim dəyişikliyi və Türkiyə və Suriyadakı zəlzələ diktə edir.
O, həmçinin xəbərdarlıq edib ki, taxıl müqaviləsinin müddətinin uzadılmasa, bu, dünyada sabitliyin pozulmasına, miqrasiya axınına və dünya aclığına gətirib çıxaracaq.