azadses.az » Dünya » İsveçdə polis müfəttişi olan həmyerlimiz - FOTO

İsveçdə polis müfəttişi olan həmyerlimiz - FOTO

















Bakı şəhərində anadan olmuş, sabah 30 yaşını qeyd edəcək Ramizə Sərdarova 18 il öncə ailəsi ilə birlikdə daimi yaşamaq üçün İsveçə köçüb.
R.Sərdarova gimnaziyanı Hüquq İqtisadiyyatı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirəndən sonra Malmö Universitetinin Beynəlxalq münasibətlər fakültəsinə qəbul olub.
Karyerasına İsveç-Danimarka Sərhəd Polisi Xidmətində işləməklə başlayıb. 2017-ci ildə Malmö polisinin Çağrı Mərkəzinin ən yaxşı müfəttişi seçilib. Hazırda İsveçin Cənub bölgəsi Polisində iqtisadi cinayətlər üzrə müstəntiq işləyir. Ailəlidir, iki oğlu var.
Azərbaycanı erkən yaşlarından tərk etməsinə baxmayaraq, Ramizə vətənpərvərlik hissi və doğulduğu ölkəyə böyük sevgi ilə tərbiyə olunub.
O, öz övladlarını da vətənpərvər ruhda tərbiyə edir. Yaşlarının az olmasına baxmayaraq, uşaqlar Azərbaycan dilində bir neçə şeir öyrənib və hər il səbirsizliklə Bakıdakı qohumlarının ziyarət etməyi gözləyirlər.
Ramizə bizimlə söhbətində qeyd edib ki, o, Azərbaycanı tanıtmaq üçün çox maraqlı üsul tapıb.
Ramizə İsveçdə olarkən qoluna ulu öndər Heydər Əliyevin unudulmaz sözlərini döydürüb. Yazı Azərbaycan dilində həkk olunduğundan, təbii ki, ətrafdakıların marağına səbəb olur və beləliklə, bu ifadəni tərcümə edərək, Azərbaycan və həmin müdrik sözlərin müəllifi Heydər Əliyev haqqında danışmaq üçün çox əlverişli imkan yaranır.
Ramizə 30-cu doğum gününü, hər il olduğu kimi, ailəsi ilə birlikdə Bakıda qeyd etməyi planlaşdırmışdı, amma pandemiya ilə əlaqədar olaraq, təəssüf ki, bu il arzusunu həyata keçirmək mümkün olmayıb.
İndi Ramizə, ailəsi, xüsusilə uşaqlar çox darıxdıqları doğma Vətənlərini və doğmalarını görmək üçün səbirsizliklə sərhədlərin açılmasını gözləyirlər...




DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Sabunçuda 27 yaşlı gənci avtomobil vurub
  2. Salyanda yay şumu qaldırılır
  3. Abşeronda 56 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb
  4. Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  5. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  6. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  7. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  8. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  9. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  10. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
"Harri Potter"in müəllifi yeni roman yazır
"Harri Potter"in müəllifi yeni roman yazır
Dünyaca məşhur britaniyalı yazıçı Coan Roulinq, gənc sehrbaz Harri Potter haqqında kitab seriyasını dünyaya bəxş edən müəllif, Ətraflı
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu