Tramp “TikTok”la bağlı fərman imzaladı
- 7-08-2020, 09:52
- Dünya
ABŞ Prezidenti Donald Tramp "TikTok" və "WeChat" tətbiqləri ilə bağlı fərmanlar imzalayıb.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Ağ Ev açıqlama yayıb. Fərmana görə tətbiqetmələrin aid olduğu Çinin "Bytedance" və "Tencet" şirkətləri ilə hər hansı bir sazişə qadağa qoyulacaq. Fərmanlarda, "TikTok" və "WeChat" tətbiqlərinin ABŞ-ın milli təhlükəsizliyinə, iqtisadiyyatına və siyasətinə təhlükə törətdiyi qeyd olunub. Tətbiqlərdə istifadəçi məlumatları, o cümlədən məkan məlumatları və axtarış tarixi toplandığı bildirilib.
"Bu, potensial olaraq Çinə federal işçilərin və müqavilə işçilərinin yerini izləməyə, şantaj üçün şəxsi məlumatların saxlanılmasına və sənaye kəşfiyyatı aparmağa imkan verir",-deyə fərmanda qeyd olunub. Trump, tətbiqləri həmçinin senzurada günahlandırıb.
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti "Microsoft" və ya başqa bir Amerika şirkətinin 15 sentyabr tarixinədək "TikTok'u satın alınmalı olduğunu, əks təqdirdə tətbiqin ölkədə qadağan ediləcəyini bildirmişdi. "Microsoft" şirkəti isə tətbiqin alınması ilə bağlı danışıqlar apardığını açıqlamışdı.